Heyvandarlıq sahəsində fermerlərə yeni güzəştlər tətbiq ediləcək Aqrarbiznes 11/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Heyvandarlıq sahəsində tətbiq olunacaq subsidiya mexanizmlərinin böyük əksəriyyəti yenidir. Bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə R.Hüseynov vurğulayıb ki, bu çərçivədə kəsimxanalarda kəsilən heyvanlara məhsul subsidiyasının tətbiqi, emala cəlb olunan südə məhsul subsidiyası, müddətli vergi və gömrük güzəştləri nəzərdə tutulur. Direktor bildirib ki, paralel olaraq emal sənayesinə investisiya cəlb edilməsi məqsədilə təşviq mexanizmləri də tətbiq ediləcək. Rəşad Hüseynovun sözlərinə görə, həmçinin cins heyvanların ümumi süd istehsalında payının mövcud 2,5 faizdən 10 faizə çatdırılması nəzərdə tutulur. Direktor qeyd edib ki, bu tədbirlər nəticə etibarilə özünütəminetmə səviyyəsinin yaxşılaşdırılmasına da mühüm töhfə verəcək. Belə ki, süd üzrə özünütəminetmə səviyyəsinin 81 faizdən 94 faizə, mal əti üzrə isə 83,7 faizdən 100 faizə çatdırılması hədəflənir. MənbəTREND TaglarAqrar Tədqiqatlar MərkəziheyvandarlıqRəşad Hüseynov Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb 11/06/2026 Ölkə daxili Estoniyanın Azərbaycanda səfirliyi açılıb 11/06/2026 Ölkə xarici Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın 2026–2027-ci illər üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb 11/06/2026 Ölkə daxili Estoniyanın Azərbaycanda səfirliyi açılıb 11/06/2026 Ölkə xarici Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb 11/06/2026 Ölkə daxili Azərbaycanda yeni zavod tikiləcək 11/06/2026