“Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək Avto xəbərlərXarici biznes xəbərləri 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Volkswagen” ilin sonunadək 19 min əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə “Reuters” agentliyi şirkətin baş icraçı direktoru Oliver Blumenin iyunun 18-də keçiriləcək illik səhmdarlar yığıncağında səsləndirəcəyi çıxışın mətninə istinadən məlumat yayıb. İxtisarlar VW-nin xərclərin azaldılması üzrə genişmiqyaslı proqramının bir hissəsidir. Şirkət son illərdə tələbatın zəifləməsi, elektromobillərin satışındakı çətinliklər və Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib. Hələ 2024-cü ildə VW bəzi zavodlarını bağlamağa və on minlərlə iş yerini ixtisar etməyə məcbur qala biləcəyini açıqlamışdı.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Reuters”in məlumatına görə, Oliver Blume elan etməyi planlaşdırdığı ixtisarların 2030-cu ilədək işçi sayının ümumilikdə 28 min nəfər azaldılması proqramının tərkib hissəsi olduğunu bildirəcək. Agentliyin yazdığına görə, VW rəhbəri səhmdarlara həmçinin şirkətin Almaniyadakı zavodlarında istehsal xərclərini artıq 20%-dən çox azaltmağa nail olduğunu açıqlayacaq. TaglarVolkswagen Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026 Ümumi iqtisadi xəbərlər Qubadlıda yağış və sel sularının idarə olunması işləri 11.6 milyon manata başa gələcək 12/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026 Ümumi iqtisadi xəbərlər Qubadlıda yağış və sel sularının idarə olunması işləri 11.6 milyon manata başa gələcək 12/06/2026