“Shell” və Venesuela təbii qaz yataqlarının işlənməsi üzrə beş saziş imzalayıb Xarici biznes xəbərləri 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Venesuela Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” ilə təbii qaz yataqlarının işlənməsi və neft hasilatının artırılması üzrə beş saziş imzalayıb. Bu barədə “Reuters” məlumat yayıb. “Bu sazişlər neft və qaz ehtiyatlarının ixrac məqsədilə səmərəli istifadəsinə imkan verəcək tarixi addımdır və Venesuelaya böyük fayda gətirəcək”, – deyə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges “Venezolana de Television” telekanalının efirində bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İmzalanmış sənədlərdən biri Lohran blokunda yatağın işlənməsi və istismarının ilk mərhələsinin başlanmasına dair sazişdir. Hasil olunacaq xammalın həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixrac üçün istifadə olunması planlaşdırılır. Bununla yanaşı, Orinoko neft kəməri zonasında yerləşən yataqlarda yüngül neft hasilatının artırılmasına dair sazişlər də bağlanıb. TaglarShellVenesuela Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026