Dünya Bankı İrandakı müharibəyə görə qlobal ÜDM artımı proqnozunu 2,5%-ə endirib İqtisadiyyat 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dünya Bankı (DB) 2026-cı il üzrə qlobal iqtisadi perspektivlərə dair hesabatını dərc edib. Qurum dünya üzrə ÜDM-in artımı ilə bağlı baza proqnozunu 2,6%-dən 2,5%-ə endirib və bunun COVID-19 pandemiyasından bəri ən zəif iqtisadi artım tempi olacağını qeyd edib. Proqnozun aşağı salınması İrandakı müharibənin qlobal iqtisadiyyata mənfi təsiri ilə əlaqələndirilir. Daha pessimist ssenarilər də mövcuddur: əgər müharibənin yaratdığı enerji təchizatı problemləri davam edərsə, qlobal ÜDM artımı cəmi 1,3% təşkil edə bilər. DB-nin baza ssenarisinə görə, cari ildə Brent markalı neftin orta qiyməti bir barel üçün 96 dollar olacaq ki, bu da 2025-ci illə müqayisədə 36% yüksəkdir. Bank 2026-cı ildə qlobal inflyasiyanın baza ssenarisi üzrə 4% olacağını proqnozlaşdırır. Mənfi ssenaridə isə Brent neftinin qiyməti 115 dollara yüksələcək, inflyasiya isə 4,4%-ə çatacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bankın analitikləri hesab edirlər ki, 2027–2028-ci illərdə qlobal ÜDM artımı yenidən 2,8%-ə yüksələcək. Lakin bu göstərici 2010-cu illərin orta səviyyəsindən aşağı olacaq. DB-nin baş iqtisadçısı İndermit Gillin sözlərinə görə, bunun səbəbləri arasında əhali artımının zəifləməsi, həm özəl, həm də dövlət investisiyalarının azalması, müxtəlif ölkələrdə dövlət borcunun artması və ticarətin daha zəif templərlə böyüməsi yer alır. “Qlobal iqtisadiyyat hazırda 2008-ci ildə və hətta 2018-ci ildə olduğundan daha az dayanıqlıdır”, – deyə o vurğulayıb. TaglarDünya BankıÜDM Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026