Bəqai: İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb Ölkə xarici 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranla ABŞ arasında yekun razılaşma ilə bağlı hələ nəticə əldə olunmayıb. Banker.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, danışıqların gedişi İran üçün əvvəldən aydın olub və yekun mətnin böyük hissəsi razılaşdırılıb. Lakin sonradan ABŞ tərəfi öz mövqeyində dəyişiklik edib. Bəqai vurğulayıb ki, İran müəyyən etdiyi qırmızı xətlər məsələsində heç bir güzəştə getməyib və razılaşma ilə bağlı yayılan məlumatlar hazırda yalnız ehtimal xarakteri daşıyır. “Bu məsələ ilə bağlı hələ heç nə yekunlaşmayıb”, – deyə o bildirib. XİN sözçüsü əlavə edib ki, ABŞ-ın qanunsuz addımları səbəbindən Hörmüz boğazı hələ də bağlı qalır və təhlükəsiz hərəkət təmin edilmədiyi üçün gəmilər ehtiyatlı olmalıdır. Bəqai həmçinin qeyd edib ki, Qətər və Pakistan tərəflər arasında vasitəçilik missiyasında fəal iştirak edir. Xatırladaq ki, “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən bildirmişdi ki, ABŞ-ın 14 maddədən ibarət razılaşma mətninə dəyişiklik etdirmək cəhdləri nəticə verməyib. Agentliyin məlumatına görə, Vaşinqton sonradan Qətər vasitəsilə əlavə düzəlişlərə ehtiyac olmadığını Tehrana çatdırıb. Bununla belə, sözügedən mətn hələ də İranın aidiyyəti qurumlarında nəzərdən keçirilir və yekun qərar verilməyib. Son xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Dünya Bankı Azərbaycanın və regionun iqtisadi artım proqnozunu yaxşılaşdırıb 12/06/2026 Avto xəbərlər “Volkswagen” ilin sonunadək 19 min işçini ixtisar edəcək 12/06/2026 İnvestisiya “SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib 12/06/2026 Əsas məlumatlar Neftin qiyməti Trampın açıqlaması ardından 2% ucuzlaşıb 12/06/2026