Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq Aqrarbiznes 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində xidmətlərin daha əlçatan olması üçün bir neçə aqroservis mərkəzinin qurulması nəzərdə tutulur. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən müşavirədə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazirin sözlərinə görə, müvafiq dövlət qurumlarının vahid məkanda fəaliyyət göstərəcəyi altı nöqtə müəyyənləşdirilib: “Seçilmiş məntəqələrdə, o cümlədən Xankəndi, Xocalı və Xocavənddə aqroservis xidmətlərinin təşkili nəzərdə tutulur. Bu mərkəzlər işə başladıqdan sonra fermerlər və sahibkarlar bütün lazımi xidmətlərdən bir məkanda faydalana biləcəklər”. M.Məmmədov həmçinin tingçilik və toxumçuluq sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlara da lazımi dəstəyin veriləcəyini vurğulayıb. “Bu istiqamətdə əməkdaşlarımız sahibkarlarla birbaşa ünsiyyət quracaq, layihələrin reallaşdırılması və yaranan problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq məsləhət və yardımı təmin edəcəklər”. Nazir eyni zamanda su təchizatı ilə bağlı layihələrin də həyata keçirildiyini qeyd edib: “Bildiyim qədərilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bağçılıq və əkin sahələrinin su ilə təminatına yönəlmiş layihələr icra edir. Su infrastrukturunun tikintisi tamamlandıqdan sonra həmin ərazilərdə bağların salınması və müasir suvarma sistemlərinin quraşdırılması üçün daha geniş imkanlar əmələ gələcək”. MənbəREPORT TaglarXankəndiXocalıxocavənd Son xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026 Ölkə daxili Netanyahu İlham Əliyevi təbrik edib 12/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026 Ölkə daxili Netanyahu İlham Əliyevi təbrik edib 12/06/2026