Netanyahu İlham Əliyevi təbrik edib Ölkə daxili 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Hörmətli cənab Prezident, əziz dost. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. İllər keçdikcə daha da möhkəmlənən əsl dostluğumuza və xalqlarımız arasındakı əlaqələrə görə minnətdaram. Regional sabitliyə töhfə verən, sülhün təşviqində və bizi ortaq məqsədlərimizə çatmağa yaxınlaşdırmaqda mühüm rol oynayan səylərinizi, ekstremizmə qarşı mübarizədə qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm. Ölkənizin İsrailə davamlı dəstəyinə, oktyabrın 7-də HƏMAS-ın mənfur hücumundan sonra nümayiş etdirdiyiniz həmrəyliyə, həmçinin regional təhdidlərə qarşı mübarizənizə görə Sizə xüsusilə minnətdaram. Bu, hökumətlərimiz və xalqlarımız arasında əsl tərəfdaşlığımızın əsaslandığı etimadı və hörməti təsdiqləyir. İkitərəfli münasibətlərimizin və süni intellekt, aviasiya, turizm, akademik sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığımızın daha da genişləndirilməsini, həmçinin Birgə Komissiyanın növbəti iclasının keçirilməsini səbirsizliklə gözləyirəm. Sizə, ailənizə və Azərbaycan xalqına daha yüksək firavanlıq və uğurlar arzulayıram.” TaglarAzərbaycan-İsrailBenyamin Netanyahuİlham Əliyev Son xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Aqrarbiznes Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Aqrarbiznes Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026