Bakı Metropoliteni üçün AİİB ilə 180 milyon dollarlıq kredit sazişi imzalanıb Ölkə daxili 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit müqaviləsi, eləcə də “Bakı Metropoliteni” QSC ilə AİİB arasında eyni layihə üzrə layihə sazişi imzalanıb. Banker.az bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 180 milyon ABŞ dolları həcmində kredit müqaviləsini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb. İmzalanma mərasimində maliyyə naziri kredit vəsaitlərinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlarının tələblərinə müvafiq olaraq əhatəli hazırlıq işlərinin aparıldığını bildirb. Nazir vurğulayıb ki, bu, son illər ərzində ölkənin nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində gerçəkləşdirilən ən əhəmiyyətli maliyyə layihəsidir, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sahəsinə cəlb olunan ən böyük həcmli beynəlxalq kreditdir. Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmə işlərinin həyata keçirildiyini, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticə olaraq layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiqləndiyini qeyd edib. Bundan əlavə, M.Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam şəkildə uyğun olduğunu vurğulayıb. Qeyd olunub ki, 4 illik güzəşt dövrü nəzərdə tutulmaqla, cəmi 20 il müddətinə bağlanmış sazişlər Bakı metropoliteninin müasirləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın birinci mərhələsinin icrasını təmin edəcək. Layihə daxilində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın yenidənqurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin şəxsi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki beynəlxalq öhdəliklərinə əhəmiyyətli töhfə verəcək. MənbəREPORT Son xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Aqrarbiznes Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) Naxçıvanda yeni təyinat olub 12/06/2026 Aqrarbiznes Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq 12/06/2026 Nəqliyyat Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər 12/06/2026 Ümumi iqtisadi məqalələr Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya 12/06/2026