AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələr hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb Nəqliyyat 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib. Qeyd edək ki, əlverişsiz hava şəraitinin bu gün davam edəcəyi gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir. AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir. TaglarAZALBakı-Naxçıvan reysləri Son xəbərlər İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur 12/06/2026 Təhsil İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq – Mühüm qərar 12/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” kütləvi ixtisarlara gedir 12/06/2026 Ölkə xarici ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib 12/06/2026 Digər xəbərlər İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur 12/06/2026 Təhsil İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq – Mühüm qərar 12/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” kütləvi ixtisarlara gedir 12/06/2026 Ölkə xarici ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib 12/06/2026