İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur 12/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Vaşinqton İranla müqavilə çərçivəsində zənginləşdirilmiş materiallar alacaq. Bu barədə “Reuters“ ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İranla müqaviləyə yoxlama rejimi daxildir. Əgər İran buna əməl edərsə, iqtisadi cəhətdən mükafatlandırılacaq. Vaşinqton müqavilənin yaxın bir neçə gün ərzində imzalanacağını gözləyir. Sazişin layihəsi ABŞ sanksiyalarını aradan qaldırır və İranın nüvə proqramının ləğvinə gətirib çıxarır. İranlılar müqaviləni imzaladıqları üçün heç nə almayacaqlar. Hələ finiş xəttinə çatmamışıq, amma çox yaxınıq”, – ABŞ rəsmisi deyib. O bildirib ki, İranla müqavilədə xüsusilə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi və zənginləşdirilmiş materialların təhvil verilməsi nəzərdə tutulur. Belə ki, İranın fəaliyyətinə əsasən sanksiyaların əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi göslənilir. “Zənginləşdirilmiş materialların məhv edilməsi və çıxarılması ilə bağlı detallar barədə də razılığa gəlinib. Anlaşma memorandumu iranlıların öhdəliklərini yerinə yetirmələri müqabilində iqtisadi fayda əldə etmələrinə imkan verən ümumi bir çərçivə yaradır. Biz inanırıq ki, İranda razılaşmaya qarşı çıxanlar çox azdır”, – rəsmi əlavə edib. MənbəAPA TaglarABŞ-İranHörmüz boğazısanksiya Son xəbərlər Təhsil İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq – Mühüm qərar 12/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” kütləvi ixtisarlara gedir 12/06/2026 Nəqliyyat AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələr hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb 12/06/2026 Ölkə xarici ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib 12/06/2026 Digər xəbərlər Təhsil İxtisas və universitet dəyişdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq – Mühüm qərar 12/06/2026 Xarici biznes xəbərləri “Volkswagen” kütləvi ixtisarlara gedir 12/06/2026 Nəqliyyat AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələr hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb 12/06/2026 Ölkə xarici ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib 12/06/2026