ABŞ dövlət baş prokurorları koalisiyası OpenAI şirkətinə qarşı araşdırmaya başlayıb. Bu barədə Wall Street Journal cümə günü məsələ ilə tanış olan şəxslərə istinadən məlumat yayıb. Hesabatda bildirilir ki, süni intellekt şirkətinə cümə günü fəaliyyətinin geniş spektrinə və istifadəçilərə təsirinə dair sənədlər tələb edən geniş çağırış vərəqəsi təqdim edilib. Reuters bu məlumatı dərhal təsdiqləyə bilməyib. OpenAI Reuters -in şərh sorğusuna dərhal cavab verməyib.