Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) AN-32 nəqliyyat təyyarəsi Assamın Jorhat şəhərindəki Hava Qüvvələri Stansiyasında qəzaya uğrayıb. Bu barədə şənbə günü ANI agentliyi IAF -ə istinadən məlumat verib. Hindistan Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, qəza AN-32 nəqliyyat təyyarəsi Jorhat aerodromuna enməyə cəhd edərkən baş verib. Hadisənin səbəbləri və göyərtədə olanların vəziyyəti barədə dərhal əlavə məlumat verilməyib. IAF rəsmiləri bildiriblər ki, qəzadan sonra hadisə yerinə dərhal yanğınsöndürmə qrupları cəlb edilib və vəziyyəti nəzarət altına almaq və ərazini təhlükəsizləşdirmək üçün əməliyyatlar davam edir. Hindistan Hərbi Hava Qüvvələrinin AN-32 nəqliyyat təyyarəsi Assamın Jorhat Hava Qüvvələri Stansiyasında qəzaya uğrayıb.