“SpaceX”in səhmləri ticarətin ilk günündə 19 % artıb İnvestisiya 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İlon Maskın “SpaceX” şirkətinin səhmləri ticarətin ilk günündə 19 % artaraq sessiyanı 161 dollar səviyyəsində başa vurub. Bunu ticarət platformasının məlumatları göstərir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Cümə günü şirkət 555,6 milyon səhmini hər biri 135 dollara yerləşdirib. “Nasdaq” elektron birjasında ticarət 150 dollar səviyyəsində başlayıb, sessiya ərzində 176,5 dollaradək yüksəlib və sonra 161 dollara bağlanıb. Bu fonda İlon Maskın xalis sərvəti ilk dəfə 1 trilyon dolları keçib. “Forbes”in məlumatına görə, onun xalis sərvəti 1,1 trilyon dollar olaraq qiymətləndirilir. Dünyanın ən varlı insanları siyahısında ikinci yerdə “Google”un həmtəsisçisi Larri Peyc qərarlaşıb. Onun xalis sərvəti 294,1 milyard dollardır. MənbəREPORT Taglarİlon MasksəhmSpaceX Son xəbərlər Sığorta xəbərləri Daha bir xidmətin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır 13/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 13/06/2026 Nəqliyyat AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub 13/06/2026 Ölkə daxili Qızıl bazarında ucuzlaşma müşahidə olunur 13/06/2026 Digər xəbərlər Sığorta xəbərləri Daha bir xidmətin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır 13/06/2026 Neft və Qaz Azərbaycan nefti ucuzlaşıb 13/06/2026 Nəqliyyat AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub 13/06/2026 Ölkə daxili Qızıl bazarında ucuzlaşma müşahidə olunur 13/06/2026