Yerli polis bildirib ki, İngiltərə millisi Kanzas-Sitiyə gəlməzdən əvvəl məşq avadanlıqlarının oğurlanması ilə üzləşib. Hadisə, avadanlıqları Dünya Kuboku bazasına daşıyan nəqliyyat vasitəsinə daxil olunduğu zaman baş verib. Hadisə avadanlıqların İngiltərənin turnir öncəsi Floridadakı bazasından Swope Soccer Village -ə köçürülməsi zamanı baş verib. Avadanlıqlar şənbə günü Kanzas-Sitiyə gəldikdən sonra komandanın məşqlərə başlamasından əvvəl yerində olmalı idi. Polis bildirib ki, “Bu axşam Kanzas-Sitiyə gələn komanda avtomobilindən bəzi əşyaların itməsi ilə bağlı mümkün oğurluq faktını araşdırırıq. İstintaq davam edir.” Əlavə araşdırma aparılana qədər iki şübhəli şəxs nəzarətə götürülüb. Britaniya mediasının məlumatına görə, oğurlanan əşyalar arasında toplar və ayaqqabılar da olub. Futbol Assosiasiyası bunun polis məsələsi olduğunu və heç bir məlumat verə bilməyəcəklərini bildirib. Oğurluq, İngiltərənin çərşənbə günü Dallasda Xorvatiyaya qarşı keçirəcəyi Dünya Kuboku açılış oyununa hazırlıqlarına təsir edə bilər.