Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi İnvestisiya 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “PASHA Bank” ASC-nin səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində keçirilən abunə yazılışı mərhələsində 20 mindən çox investor sifariş yerləşdirib. Banker.az xəbər verir ki, məlumatı bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev sosial şəbəkə hesabında paylaşıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Abunə yazılışı iyunun 12-də başa çatıb. Bildirilib ki, IPO-ya investor marağı yüksək olub və tələbin həcmi təklifi üstələyib. Bu göstərici Azərbaycanın kapital bazarları tarixində investor tələbinin təklifi keçdiyi ilk IPO kimi qiymətləndirilir. Cavid Quliyev qeyd edib ki, əldə olunan nəticə həm “PASHA Bank”a, həm də ölkənin kapital bazarlarına investorların etimadını nümayiş etdirir. Onun sözlərinə görə, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı planlaşdıran şirkətlər üçün mühüm nümunə rolunu oynayacaq. TaglarCavid Quliyevipopasha bank Son xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 Təhsil Nazir: Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur 13/06/2026 Xarici biznes xəbərləri Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu 13/06/2026 Digər xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 Təhsil Nazir: Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur 13/06/2026 Xarici biznes xəbərləri Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu 13/06/2026