Nazir: Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur Təhsil 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Biz ötən ildən başlayaraq tam orta təhsil modelini tətbiq edirik. Bu il model daha da təkmilləşdirilib. Layihənin məqsədi region və rayonların ən bacarıqlı müəllimlərini həmin məktəblərdə cəmləşdirərək 10-11-ci sinif şagirdlərinin hazırlığını daha keyfiyyətli şəkildə təmin etməkdir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, tam orta təhsil modelinin Azərbaycanda tam şəkildə formalaşması üçün bir neçə ilə ehtiyac var: “Şagirdlər 9-cu sinfə qədər ümumi təhsil aldıqdan sonra təmayül və ixtisas istiqamətləri üzrə təhsillərini tam orta təhsil səviyyəsində davam etdirəcəklər. Bu, ailələr üçün də mühüm dəstək olacaq.Həmin qruplarda dərs deyəcək müəllimlər peşəkarlıq və keyfiyyət göstəricilərinə əsasən seçiləcəklər. Əsas məqsəd 10-11-ci siniflərdə məktəbin şagirdlərin və ailələrin maraqlarını daha yaxşı təmin etməsidir”. O eyni zamanda vurğulayıb ki, həmin müəllimlər üçün əlavə imtiyazların tətbiqi də nəzərdən keçirilir. Hazırda bu istiqamətdə işlər aparılır və müvafiq qərarlar daha sonra ictimaiyyətə açıqlanacaq. MənbəAPA TaglarElm və Təhsil Nazirliyi (ETN)Emin Əmrullayevmüəllim Son xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 İnvestisiya Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi 13/06/2026 Xarici biznes xəbərləri Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu 13/06/2026 Digər xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 İnvestisiya Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi 13/06/2026 Xarici biznes xəbərləri Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu 13/06/2026