Daha bir xidmətin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır Sığorta xəbərləri 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Gələcəkdə qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır. Bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O bildirib ki, hazırda bu istiqamətdə maliyyələşmə Dövlət Proqramı çərçivəsində həyata keçirilir: “Lakin gələcəkdə qan xidmətinin daha sivil formada təşkili, daha geniş maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi istiqamətində işlər görülür. Avropa ölkələrində, ABŞ və digər inkişaf etmiş ölkələrdə olduğu kimi, bu sahənin maliyyələşdirilməsinin icbari tibbi sığorta hesabına həyata keçirilməsi nəzərdə tutulan perspektiv istiqamətlərdən biridir. Hazırda tibbi xidmətlər, məsələn, hər hansı əməliyyat icbari tibbi sığorta tərəfindən qarşılanır. Həmin əməliyyatın tərkib hissələrindən biri də qan və qan komponentləridir. Gələcəkdə bu komponentlərin də icbari tibbi sığorta vəsaiti hesabına ödənilməsi planlaşdırılır”. TaglarElxan Nağıyevicbari tibbi sığortasəhiyyə nazirliyi Son xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 İnvestisiya Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi 13/06/2026 Təhsil Nazir: Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur 13/06/2026 Digər xəbərlər Ölkə daxili Saxlanılan gömrükçülərin üçü buraxıldı: Rəis müavini həbs edildi 13/06/2026 Ölkə xarici ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb 13/06/2026 İnvestisiya Azərbaycanda ilk dəfə: “PASHA Bank”ın IPO-sunda tələb təklifi üstələdi 13/06/2026 Təhsil Nazir: Müəllimlər üçün əlavə imtiyazlar nəzərdə tutulur 13/06/2026