Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq Ölkə xarici 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İran və ABŞ arasında sazişin imzalanması bazar gününə (İyunun 14-ü – Qeyd) planlaşdırılıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Barak Obamanın prezidentliyi dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahının hazırlanmasına başlamağa imkan verib. Vaşinqton və Tehran arasındakı hazırkı sövdələşmə isə dünyada nüvə təhlükəsizliyinə zəmanət verərək Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksini təşkil edir: “Mənim İranla sazişim bunun tam əksidir, nüvə silahının olmaması yolunda divardır! Faktiki olaraq, onlar artıq nüvə silahı istəmirlər və ona sahib olmayacaqlar – nə satın alma, nə hazırlama, nə də hər hansı digər əldə etmə forması ilə. Sövdələşmənin imzalanması sabaha planlaşdırılıb və bundan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq”. O əlavə edib ki, tərəflər arasındakı münasibətlər əvvəlkindən xeyli yaxşılaşıb. Ağ Ev rəhbəri deyib ki, ABŞ zənginləşdirilmiş uranı da İrandan çıxarmağı planlaşdırır: “Biz gələcəkdə İranla və bütün Yaxın Şərqlə əməkdaşlığı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu proses sürətli və asan keçəcək. Əgər belə olmasa, son alternativimiz mövcuddur. Ümid edirəm ki, onu bir daha heç vaxt tətbiq etmək lazım gəlməyəcək!”, – Tramp yekunlaşdırıb. MənbəREPORT TaglarABŞ-İranDonald Tramp Son xəbərlər Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb 13/06/2026 Xarici biznes xəbərləri KİV: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır 13/06/2026 Ölkə xarici Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib 13/06/2026 Digər xəbərlər Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb 13/06/2026 Xarici biznes xəbərləri KİV: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır 13/06/2026 Ölkə xarici Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib 13/06/2026