AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb 13/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Hava Yollarının (AZAL) J2-295 nömrəli Bakı-Naxçıvan reysini icra edən hava gəmisi ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 21:09-da uğurla eniş edib. Qeyd edək ki, J2-2257 nömrəli Bakı-Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbi ilə təxirə salınıb. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir. TaglarAZALBakı-Naxçıvan reysləri Son xəbərlər Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq 13/06/2026 Xarici biznes xəbərləri KİV: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır 13/06/2026 Ölkə xarici Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib 13/06/2026 Digər xəbərlər Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq 13/06/2026 Xarici biznes xəbərləri KİV: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır 13/06/2026 Ölkə xarici Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib 13/06/2026