Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı Ölkə xarici 14/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, süni intellektin düzgün dərk edilməsi və təhlükəsiz şəkildə istifadə edilməsini təmin etmək üçün “Milli Süni İntellekt Savadlılığı” proqramına start veriləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “81 vilayətimizdə həyata keçirəcəyimiz “süni intellekt savadlılığı” emalatxanaları vasitəsilə iki il ərzində 5 milyon insana təlimlər keçəcəyik. Məlumatları dəyərə çevirmə prosesinə sürət qatacağıq. Süni intellekti həyatın müxtəlif sferalarında real faydaya çevirəcəyik. 2030-cu ilə qədər ölkəmizin məlumat mərkəzli gücünü ən azı bir GB (Giqabayt) səviyyəsinə qaldıracağıq. 10 min yüksək səviyyəli süni intellekt mütəxəssisi və 100 min süni intellekt tətbiqi peşəkarı hazırlayacağıq. İstanbulu süni intellekt sektorunda beynəlxalq bir vitrin olaraq formalaşdırmağı planlaşdırırıq. Türkiyə əsrini rəqəmsal transformasiyanın da əsrinə çevirəcəyik”, – deyə Ərdoğan qeyd edib. MənbəOXU.AZ TaglarRəcəb Tayyib ƏrdoğanTürkiyə Son xəbərlər Nəqliyyat Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq 14/06/2026 Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq 13/06/2026 AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb 13/06/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq 14/06/2026 Təhsil Azərbaycanda yeni ixtisas yaradıldı 13/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq 13/06/2026 AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb 13/06/2026