Reuters -in yüksək rütbəli İran rəsmisinə istinadən verdiyi məlumata görə, İran və Amerika Birləşmiş Ştatları arasında Hörmüz boğazının bütün ticarət gəmiləri üçün dərhal yenidən açılmasını nəzərdə tutan memorandum layihəsi müzakirə edilir. Mənbəyə görə, layihədə hər iki tərəfin riayət etməli olduğu müddəalar, o cümlədən İranın Hörmüz boğazını bütün ticarət gəmiləri üçün dərhal yenidən açması, yüksək zənginləşdirilmiş uran ehtiyatını azaltması kimi mühüm şərtlər yer alır və mexanizm 60 gün ərzində müzakirə ediləcək. Lakin İran yekun razılaşma əldə olunana qədər mövcud status-kvonun dəyişməyəcəyini bildirib. Razılaşmaya əsasən, Amerika Birləşmiş Ştatları yekun razılaşma əldə olunana qədər İrana qarşı yeni sanksiyalar tətbiq etməməli və mövcud neft sanksiyalarını ləğv etməli, həmçinin İran limanlarına qarşı dəniz blokadasını dərhal qaldırmalıdır. Razılaşma həmçinin İranın dondurulmuş 25 milyard dollar dəyərində aktivlərinin azad edilməsini də əhatə edir. Rəsmi həmçinin bildirib ki, İran nüvə silahı istehsal etməməyə və ya əldə etməməyə razılaşıb.