Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır Ölkə xarici 14/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniya NATO daxilində Avropanın ən güclü konvensional ordusunu formalaşdırmaq niyyətində olduğunu bəyan edib. Bu barədə Fox News Almaniyanın ABŞ-dakı səfiri Yens Hanefeldin açıqlamalarına istinadən məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hanefeld bildirib ki, Almaniya Avropanın təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət götürməyə hazırdır. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada mövcud təhlükəsizlik anlayışını dəyişib. “Almaniya üzərinə düşən məsuliyyəti artırır “, – deyə səfir Fox News-a bildirib. O əlavə edib ki, Almaniyanın NATO çərçivəsində Avropanın ən güclü konvensional ordusuna çevrilməsi uzunmüddətli öhdəlikdir. Məlumata görə, bu dəyişiklik İkinci Dünya müharibəsindən sonra hərbi məsələlərdə ehtiyatlı mövqe sərgiləyən Almaniya üçün tarixi dönüş nöqtəsi hesab olunur. Berlin uzun illər ABŞ-ın təhlükəsizlik çətirinə arxalanıb və NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərindən geri qaldığı üçün Vaşinqton tərəfindən tənqid olunub. Ekspertlərin fikrincə, Almaniyanın müdafiə sənayesini və hərbi imkanlarını genişləndirməsi NATO-nun gələcək təhlükəsizlik strategiyasında mühüm rol oynaya bilər. MənbəAPA TaglarAlmaniyaAvropaNATO Son xəbərlər Ölkə xarici Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanda görüşüb 14/06/2026 İdman 2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər 14/06/2026 Ölkə xarici İsveçrədə əhali sayının azaldılması ilə bağlı referendum keçirilib – Yenilənib 14/06/2026 Ölkə daxili Ölkədən qızıl aparanda bəyan etmək məcburidir? 14/06/2026 Digər xəbərlər Ölkə xarici Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanda görüşüb 14/06/2026 İdman 2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər 14/06/2026 Ölkə xarici İsveçrədə əhali sayının azaldılması ilə bağlı referendum keçirilib – Yenilənib 14/06/2026 Ölkə daxili Ölkədən qızıl aparanda bəyan etmək məcburidir? 14/06/2026