MOSKVA , 14 iyun. /TASS/. ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə hərbi əməliyyatları dayandırmaq naminə həm Avropa tərəfdaşlarına, həm də Kiyevə təzyiq göstərməyə hazır olduğunu bildirib. Bu barədə Putin in köməkçisi Yuri Uşakov onların telefon danışığından sonra məlumat verib. Diplomat söhbətin təfərrüatlarını danışarkən deyib: “ Tramp bir daha hərbi əməliyyatlara son qoymağın zəruriliyini vurğuladı”. “O, həm Avropa tərəfdaşlarına, həm də Kiyevə , o cümlədən qarşıdan gələn G7 sammiti ndəki müzakirələr zamanı təzyiq göstərməyə hazır olduğunu bildirdi”. Vladimir Putin və Donald Tramp qeyd ediblər ki, Ukrayna nın Rusiya nın mülki obyektlərinə hücumları heç bir şəkildə nizamlanmaya kömək etmir”, - Putin in köməkçisi Yuri Uşakov bildirib. “ Rusiya ərazisindəki mülki obyektlərə son hücumlar təbii ki, nizamlanma səylərinə mane olur və bu qeyd edildi”, - o deyib.