Ukrayna və Moldova bazar ertəsi Avropa İttifaqına qoşulmaq üçün danışıqların ilk mərhələsinə başlayacaqlar. Bu barədə blokun liderləri məlumat verib. Cümə günü Aİ-nin 27 üzv ölkəsi iki ölkə ilə üzvlük danışıqlarının ilk klasterini açmaq üçün səs verib. Danışıqlar bazar ertəsi Lüksemburqda başlayacaq. Hər iki keçmiş Sovet ölkəsi Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Aİ namizədi kimi qəbul edilib.