ABŞ və İran arasında razılaşma əldə edilib, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “ABŞ və İran arasında razılaşma əldə edilib və rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İntensiv danışıqlardan sonra ABŞ və İran arasında sülh müqaviləsi üçün razılıq əldə edildiyini elan etməkdən məmnunuq. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir. Rəsmi imzalanma mərasimi 19 iyun cümə günü İsveçrədə keçiriləcək. Sazişin qüvvəyə minməsi ilə vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Münaqişənin diplomatik həllinin tapılmasına sadiq olduqları üçün ABŞ və İrana təşəkkür edirik”, – Baş nazir əlavə edib. O, Vaşinqton və Tehran arasında razılığa gəlməkdə göstərdiyi dəstəyə görə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinə də təşəkkür edib. MənbəAPA TaglarABŞ-İranİsveçrəŞahbaz Şərif Son xəbərlər Ölkə daxili Türkmənistanın Prezidenti Azərbaycana səfər edəcək 15/06/2026 Daşınmaz əmlak Bakıda torpaq bazarında qiymətlər yüksəldi: Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir 15/06/2026 Ölkə xarici İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub 15/06/2026 Ölkə xarici Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq 14/06/2026 Digər xəbərlər Ölkə daxili Türkmənistanın Prezidenti Azərbaycana səfər edəcək 15/06/2026 Daşınmaz əmlak Bakıda torpaq bazarında qiymətlər yüksəldi: Sotun ən ucuzu 5, ən bahası yarım milyon manata qədərdir 15/06/2026 Ölkə xarici İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub 15/06/2026 Ölkə xarici Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq 14/06/2026