Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? Vergi xəbərləri 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Vergi ödəyicilərinin vergi orqanlarının qərarlarından inzibati qaydada şikayət verməsi halları davam edir. Son illər bu sahədə prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm addımlar atılsa da, bəzi ödəyicilər hələ də proses zamanı müəyyən səhvlərə yol verirlər. Mütəxəssislərin sözlərinə görə, ən çox rast gəlinən problemlərdən biri bəyannamələrin düzgün təqdim edilməməsidir. Bəzi hallarda vergi ödəyiciləri bəyannamələri ya boş göndərir, ya da ümumiyyətlə təqdim etmirlər. Nəticədə vergi orqanı tərəfindən kameral qaydada hesablama aparılır və əlavə vergi öhdəlikləri yaranır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bundan başqa, vergi orqanları tərəfindən göndərilən uyğunsuzluq məktublarına vaxtında və ətraflı cavab verilməməsi də problemlərin dərinləşməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, ödəyicilər uyğunsuzluq məktubu aldıqdan sonra dəqiqləşdirilmiş bəyannamə təqdim etməli və izahatlarını dolğun şəkildə əsaslandırmalıdırlar. Dövlət Vergi Xidmətindən bildirilib ki, bəzi vergi ödəyiciləri dəqiqləşdirilmiş bəyannamə təqdim etdikdən sonra araşdırmanın yekununu gözləmədən İnzibati Şikayətlərə Baxılması Baş İdarəsinə müraciət edirlər. Bu isə praktiki baxımdan müəyyən anlaşılmazlıqlar yarada bilər. MənbəOXU.AZ TaglarDövlət Vergi Xidməti (DVX)şikayətvergi ödəyiciləri Son xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Aqrarbiznes Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək – Qanun nə deyir? 15/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan Misirin “ağıllı şəhər”lərin yaradılması təcrübəsi ilə maraqlanır 15/06/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Aqrarbiznes Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək – Qanun nə deyir? 15/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan Misirin “ağıllı şəhər”lərin yaradılması təcrübəsi ilə maraqlanır 15/06/2026