Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək – Qanun nə deyir? Aqrarbiznes 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda bəzi şəxslərin kredit götürərkən ehtiyat etdikləri məsələ onun faizləri ilə bağlıdır. Yeni qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək. Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib. Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər – pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək. Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər. MənbəOXU.AZ TaglarAqrar Subsidiya ŞurasıKənd Təsərrüfatı Nazirliyikredit Son xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan Misirin “ağıllı şəhər”lərin yaradılması təcrübəsi ilə maraqlanır 15/06/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan Misirin “ağıllı şəhər”lərin yaradılması təcrübəsi ilə maraqlanır 15/06/2026