“Moody’s” ABB-nin kredit reytinqini təsdiqləyib Bank xəbərləri 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanın ən böyük bankı olan ABB-nin uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “sabit” saxlayıb. Moody’s qərarını bankın güclü bazar mövqeyi, yaxşı mənfəətliliyi, yüksək kapitallaşma səviyyəsi və kifayət qədər likvidlik ehtiyatları ilə əsaslandırıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Agentliyin qiymətləndirməsinə görə, ABB ölkənin bank sektorunda aparıcı mövqeyini qoruyur və maliyyə göstəriciləri reytinq səviyyəsini dəstəkləyir. Moody’s həmçinin qeyd edib ki, ABB 2026-cı ilin may ayında Özbəkistanda fəaliyyət göstərən Davr Bankda nəzarət paketinin alınması niyyətini açıqlayıb. Agentliyin məlumatına görə, pərakəndə kreditləşmə üzrə ixtisaslaşan Davr Bank ABB-nin aktivlərinin təxminən 12%-nə bərabərdir. Qeyd edək ki, Ba1 reytinqi investisiya səviyyəsindən bir pillə aşağı hesab olunur. MənbəAPA TaglarABB (Azərbaycan Beynəlxalq Bankı)Moody’s Son xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026 Aqrarbiznes Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək – Qanun nə deyir? 15/06/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026 Aqrarbiznes Bir sıra şəxslərin kredit faizlərini dövlət ödəyəcək – Qanun nə deyir? 15/06/2026