Azərbaycan Misirin “ağıllı şəhər”lərin yaradılması təcrübəsi ilə maraqlanır Ümumi iqtisadi xəbərlər 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom Azərbaycanın Qahirədəki səfiri Elxan Poluxovla görüşərək onunla iki ölkə arasında iqtisadi tərəfdaşlıq məsələlərini müzakirə edib. Bu barədə nazirlik məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilir ki, diplomatlar ikitərəfli əməkdaşlığın gücləndirilməsini, iqtisadi əlaqələrin inkişafını və dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsini nəzərdən keçiriblər. “Danışıqlar Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Misir-Azərbaycan münasibətlərinin fəal inkişafı fonunda keçib”, – məlumatda bildirilib. Görüşün əvvəlində Ə.Rostom iki ölkə arasında strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və iqtisadi əməkdaşlığın yeni mərhələsini formalaşdırmaq üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazır olduğunu bildirib. O, həmçinin ölkənin makroiqtisadi sabitliyi qorumaq, eləcə də özəl sektorun iştirakının genişləndirilməsi və investisiyaların cəlb edilməsi siyasətini həyata keçirmək qabiliyyətini qeyd edərək, Misirin struktur islahatları və kompleks inkişaf sahəsindəki təcrübəsini təqdim edib. Davamlı inkişaf məqsədlərinə çatmağın monitorinqi üzrə rəqəmsal mexanizmlərə xüsusi diqqət yetirilib. Ə.Rostom Azərbaycanla birgə hökumətlərarası komissiyanın işini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu komissiya əməkdaşlığın yeni istiqamətlərini açıb və iqtisadi qarşılıqlı fəaliyyətin gələcəkdə daha da dərinləşməsi üçün təməl yaradıb. E.Poluxov Bakının infrastrukturun inkişafı və şəhərsalmada müasir həllər üzrə qabaqcıl Misir təcrübəsindən istifadə etmək arzusunda olduğunu bildirib. O qeyd edib ki, bu ilin əvvəlindən Bakı və Qahirə arasında birbaşa hava əlaqəsinin işə düşməsi işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edir. Səfir həmçinin Azərbaycanın İslam İnkişaf Bankı Qrupunun illik iclaslarının və İslam Əməkdaşlıq Təşkilatının sammitinin keçirilməsinə hazırlığı barədə məlumat verib. Həmin tədbirlərdə iri regional inkişaf layihələrinin müzakirəsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan tərəfi “ağıllı şəhər”lərin tikintisi və “yaşıl iqtisadiyyat”a yönəlmiş infrastrukturun inkişafı sahəsində Misirin təcrübəsindən istifadə etməkdə maraqlı olduğunu ifadə edib. MənbəREPORT TaglarAzərbaycan-MisirElxan Poluxov Son xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 15/06/2026 Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026 Digər xəbərlər Ölkə daxili Sabahın havası açıqlanıb 15/06/2026 Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Vergi xəbərləri Vergi ödəyicilərinin diqqətinə: Şikayət edərkən hansı səhvlərə yol verilir? 15/06/2026