Sabahın havası açıqlanıb Ölkə daxili 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyunun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Havanın temperaturu gecə 17-20° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecı 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-20°, bəzi yerlərdə 23-26° isti olacaq. TaglarAzərbaycanda hava proqnozuMilli Hidrometeorologiya Xidməti Son xəbərlər Turizm Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib 15/06/2026 Ölkə daxili Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb 15/06/2026 Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026 Digər xəbərlər Turizm Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib 15/06/2026 Ölkə daxili Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb 15/06/2026 Nəqliyyat Bakıda bu yollar təmir olunacaq 15/06/2026 Karyera Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub 15/06/2026