Alman şirkətləri SOCAR-la ildə 2 milyard m³ qaz tədarükünə dair müqavilə bağlayıb Neft və Qaz 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Almaniya şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladıqları uzunmüddətli müqavilələr çərçivəsində Azərbaycandan tədarük olunan qazın həcmi ildə təxminən 2 milyard m³ qiymətləndirilir. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Üç Almaniya şirkətinin SOCAR-dan müqavilə ilə aldığı – ildə təxminən 2 milyard m³ qaz – Avropanın enerji bazarının sabitləşməsi üçün çox vacibdir”, – Horlemann deyib. Səfir izah edib ki, tədarüklər Avropa enerji bazarı daxilində, ilk növbədə İtaliya ilə svop sazişləri mexanizmi vasitəsilə həyata keçirilir. “Söhbət təxminən 10 il üçün nəzərdə tutulmuş uzunmüddətli razılaşmalardan gedir. Mən gözləyirəm ki, qazın bu həcmi həmin dövrdən sonra da arta bilər, lakin hazırda, ilk 10 il ərzində o, ildə təxminən 2 milyard m³ təşkil edir”, – o əlavə edib. MənbəREPORT Taglar2025-ci il dövlət büdcəsialman şirkətləriSOCAR Son xəbərlər Ölkə xarici Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 15/06/2026 Sığorta xəbərləri Azərbaycanda “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır 15/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib – Yenilənib 15/06/2026 Turizm Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib 15/06/2026 Digər xəbərlər Ölkə xarici Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib 15/06/2026 Sığorta xəbərləri Azərbaycanda “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır 15/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndərilib – Yenilənib 15/06/2026 Turizm Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib 15/06/2026