El Al şirkəti bazar ertəsi X/Twitter paylaşımında elan etdi ki, 2027-ci ildən etibarən təyyarələrinə Starlink internet xidmətlərini əlavə edəcək. Açıqlamaya görə, yeni bort xidməti "uçuş boyu evdəki kimi sürətli, stabil və fasiləsiz internet təcrübəsi təmin edəcək." Paylaşımda qeyd olunub ki, "Biz ən qabaqcıl məhsul və xidmətlərə sərmayə qoymağa davam edirik, məqsədimiz sizin uçuş təcrübənizi yerdən havaya qədər yüksəltməkdir." Reuters -in məlumatına görə, Starlink xidməti 2027-ci ilin əvvəlində istifadəyə veriləcək və müştərilərə pulsuz təklif olunacaq. Şirkətin veb-saytına görə, El Al hazırda 787 və 777 donanmalarında, eləcə də bəzi 737 təyyarələrində simsiz internet xidməti təklif edir.