Hesablama Palatası: Azərbaycanın idxalı orta hesabla 27 %-ə yaxın bahalaşıb Dövlət büdcəsi 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2025-ci ildə Azərbaycana idxal edilən məhsulların qiymətləri 2024-cü illə müqayisədə orta hesabla 26,6 % çox olub. Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Sənədə əsasən, ölkədəki qiymət artımında əsas ticarət tərəfdaşlarındakı inflyasiya meylləri də rol oynayıb. Ötən il bu tərəfdaşlar arasında ən yüksək inflyasiya Türkiyədə müşahidə olunub – 34,1 %. Rusiyada bu göstərici 8,7 %, Çində isə 0,1 % olub. Qurumun qənaətinə görə, idxal inflyasiyası ilə yanaşı daxili tələbin artması və bəzi tənzimlənən xidmətlərin tariflərinin yüksəldilməsi ötən il ölkədə inflyasiyanın əsas hərəkətverici amilləri olub. MənbəREPORT Taglar2025-ci il dövlət büdcəsiHesablama Palatasıidxal Son xəbərlər Əsas məlumatlar ABŞ və İran Anlaşma Memorandumunu imzaladı 15/06/2026 Nəqliyyat Bakıda bu ünvanlarda parklanma yerlərinin bəzisi ləğv edild 15/06/2026 Kapital bazarı Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq 15/06/2026 Valyuta Qazaxıstan rəqəmsal valyutaya keçdi 15/06/2026 Digər xəbərlər Əsas məlumatlar ABŞ və İran Anlaşma Memorandumunu imzaladı 15/06/2026 Nəqliyyat Bakıda bu ünvanlarda parklanma yerlərinin bəzisi ləğv edild 15/06/2026 Kapital bazarı Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq 15/06/2026 Valyuta Qazaxıstan rəqəmsal valyutaya keçdi 15/06/2026