ABŞ və İran Anlaşma Memorandumunu imzaladı Əsas məlumatlarÖlkə xarici 15/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranla razılaşmanı ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb. Bu barədə “Axios”un müxbiri Barak Ravid ABŞ rəsmilərinə istinadən “X” sosial şəbəkə hesabında yazıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə M. Qalibaf isə “X” sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb. “Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq”, – o qeyd edib. İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: “Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək”. Daha əvvəl o vurğulayıb ki, ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər. Bu arada “Reuters” agentliyi yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb ki, Tehran və Vaşinqton arasında hərbi əməliyyatlara son qoymaq barədə anlaşma memorandumunu ABŞ prezidenti Donald Tramp, ABŞ vitse-prezidenti Cey Di Vens və İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf imzalayıblar. Ehtimal edilir ki, söhbət sənədin elektron imzalanmasından gedir. MənbəREPORT TaglarABŞ-İranCey Di VensDonald TrampMəhəmməd Bağır Qalibaf Son xəbərlər Nəqliyyat Bakıda bu ünvanlarda parklanma yerlərinin bəzisi ləğv edild 15/06/2026 Kapital bazarı Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq 15/06/2026 Valyuta Qazaxıstan rəqəmsal valyutaya keçdi 15/06/2026 Ölkə xarici Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır 15/06/2026 Digər xəbərlər Nəqliyyat Bakıda bu ünvanlarda parklanma yerlərinin bəzisi ləğv edild 15/06/2026 Kapital bazarı Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq 15/06/2026 Valyuta Qazaxıstan rəqəmsal valyutaya keçdi 15/06/2026 Ölkə xarici Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır 15/06/2026