ABŞ-nin strateji neft ehtiyatları 1983-cü ildən bəri minimuma enib Neft və Qaz 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ-nin Strateji Neft Ehtiyatındakı (SPR) neft həcmi 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, ötən həftə ABŞ hakimiyyəti ehtiyatlardan daha 8,9 milyon barel neft buraxıb. Nəticədə ümumi ehtiyat həcmi 340,3 milyon barelə qədər azalıb. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınmış əvvəlki minimum səviyyədən də aşağıdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə CNN qeyd edir ki, strateji ehtiyatlarda sonuncu dəfə bundan daha az neft 1983-cü ilin iyulunda olub. Həmin dövrdə ABŞ prezidenti Ronald Reyqan administrasiyası bu ehtiyatları yeni formalaşdırmağa başlayırdı. Telekanalın məlumatına görə, strateji neft ehtiyatı ABŞ prezidenti Donald Tramp administrasiyası üçün mühüm alətə çevrilib. Ehtiyatlardan istifadə yanacaq qiymətlərinin artımını məhdudlaşdırmağa və iqtisadiyyata təzyiqi azaltmağa kömək edib. ABŞ Neft Ehtiyatları Assosiasiyasının rəhbəri Mayk Sommers daha əvvəl xəbərdarlıq etmişdi ki, strateji ehtiyatların normal fəaliyyət göstərməsi üçün onların ən azı 20% doldurulması vacibdir. Hazırda isə ehtiyatlar təxminən yarıdan bir qədər az səviyyədə doludur. TaglarABŞneft Son xəbərlər Neft və Qaz Neftin qiyməti üç aylıq minimuma düşüb 16/06/2026 Ölkə xarici Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib 16/06/2026 Ölkə xarici Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib 16/06/2026 Əsas məlumatlar ABŞ və İran Anlaşma Memorandumunu imzaladı 15/06/2026 Digər xəbərlər Neft və Qaz Neftin qiyməti üç aylıq minimuma düşüb 16/06/2026 Ölkə xarici Tramp İrana 300 milyon dollar ödəniləcəyi barədə xəbərləri təkzib edib 16/06/2026 Ölkə xarici Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar elan edib 16/06/2026 Əsas məlumatlar ABŞ və İran Anlaşma Memorandumunu imzaladı 15/06/2026