ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur Bank xəbərləri 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları başlanıb. Azərbaycan 19 iyun 2026-cı ilə qədər toplantılara ev sahibliyi edəcək. İllik toplantılar “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunub. Bu mötəbər tədbir Qrupun 57 üzv ölkəsinin rəhbər şəxslərini və tərəfdaşları bir araya gətirərək ortaq inkişafın gücləndirilməsi, yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tədbirin təşkil olunduğu Bakı Konqres Mərkəzində ABB islam bankçılığı konseptinə uyğun qurulmuş rəqəmsal filialı ilə təmsil olunur. Toplantı iştirakçıları burada müxtəlif əməliyyatlar apara, ABB-nin xidmətlərindən istifadə edə bilirlər. Qeyd edək ki, bu ilin aprelindən ABB Azərbaycan Mərkəzi Bankının xüsusi tənzimləmə rejimi çərçivəsində islam bankçılığı alətlərindən olan “Murabaha” mexanizmi üzrə maliyyələşdirmə məhsullarını da müştərilərə təqdim etməyə başlayıb. Bu məhsullar bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. “Murabaha” məhsulu sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanını təqdim edir. Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Menecement (təyinatlar) “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib 16/06/2026 Nəqliyyat Azərbaycana gətirilən minik maşınlarının sayı 40% düşüb 16/06/2026 Aqrarbiznes Azərbaycanda kənd təsərrüfatına 5 milyard manatdan çox investisiya ayrılacaq 16/06/2026 Valyuta Dollar son hadisələr fonunda 10 günlük minimuma enib 16/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib 16/06/2026 Nəqliyyat Azərbaycana gətirilən minik maşınlarının sayı 40% düşüb 16/06/2026 Aqrarbiznes Azərbaycanda kənd təsərrüfatına 5 milyard manatdan çox investisiya ayrılacaq 16/06/2026 Valyuta Dollar son hadisələr fonunda 10 günlük minimuma enib 16/06/2026