Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb Ümumi iqtisadi xəbərlər 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin birinci rübündə Azərbaycana xaricdən fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının həcmi 296.92 mln. dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29.4% çoxdur. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi məlumata istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni dövrdə Azərbaycandan xarici ölkələrə köçürülən pul baratlarının həcmi isə 103.94 mln. dollar olub ki, bu da illik müqayisədə 7.8% azalma deməkdir. Nəticədə, ölkə üzrə fiziki şəxslərin pul baratları balansında 192.98 mln. dollar həcmində müsbət saldo formalaşıb. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə müsbət saldo 116.82 mln. dollar təşkil etmişdi. Beləliklə, bir il ərzində müsbət saldo 65.2% artıb. Azərbaycana daxil olan pul baratlarında ən böyük pay Rusiyanın payına düşüb. Bu ölkədən göndərilən vəsaitlərin həcmi 110.80 mln. dollar olub və ümumi daxilolmaların 37.3%-ni təşkil edib. Sonrakı yerlərdə 49.91 mln. dollarla Türkiyə və 24.59 mln. dollarla İrlandiya qərarlaşıb. Xaricə köçürülən vəsaitlərdə isə Türkiyə 28.24 mln. dollarla ilk sırada yer alıb. ABŞ-a 16.18 mln. dollar, Rusiyaya isə 10.19 mln. dollar göndərilib. Son xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026 Digər xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026