Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN Ümumi iqtisadi xəbərlər 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Banker.az xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir. İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir. İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir; İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir. Son xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026 Digər xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026