Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb Ümumi iqtisadi xəbərlər 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq, o cümlədən 14 milyard 151.8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11 milyard 358,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Banker.az bu barədə DSK-ya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2026-cı ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,9 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb. Taglaralış-verişpərakəndə ticarət Son xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026 Digər xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Bank xəbərləri Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib 16/06/2026