Azərbaycanın tədiyyə balansı ilk rübdə kəsir $333 mln.-a düşərkən, cari əməliyyatlar profisiti artıb $1.66 mlrd.-a yüksəlib Bank xəbərləriƏsas məlumatlarÜmumi iqtisadi xəbərlər 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı məlumatlara əsasən, 2026-cı ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib. Banker.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% azdır. Bir il əvvəl bu rəqəm 413 milyon ABŞ dolları səviyyəsində idi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə AMB bildirir ki, tədiyyə balansının kəsiri əsasən rüb ərzində ehtiyat aktivlərinin azalması ilə bağlıdır. Hesablamalar Beynəlxalq Valyuta Fondunun BPM6 metodologiyasına uyğun aparılıb və məzənnə fərqləri və yenidən qiymətləndirmələr nəzərə alınmayıb. Eyni dövrdə ölkənin cari əməliyyatlar balansı müsbət dinamika nümayiş etdirib. I rübdə cari əməliyyatlar balansının profisiti 1 milyard 664 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45,6% artım deməkdir. Profisit əsasən xarici ticarət balansında formalaşan 2 milyard 38,9 milyon dollarlıq müsbət saldo hesabına yaranıb. Bununla yanaşı, xidmətlər balansında 590,3 milyon dollarlıq kəsir, ilkin gəlirlər balansında 37,6 milyon dollarlıq müsbət saldo və təkrar gəlirlər balansında 177,8 milyon dollarlıq artım qeydə alınıb. Digər tərəfdən, kapital və maliyyə hesabında mənfi saldo 2 milyard 177,8 milyon ABŞ dollarına yüksəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,7% çoxdur. Hesabat dövründə xalis maliyyə aktivləri 181,6 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 1 milyard 995 milyon dollar yüksəlib. Kapital hesabında isə 1,2 milyon dollar kəsir qeydə alınıb. Taglartədiyyə balansı Son xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026 Digər xəbərlər İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək – FƏRMAN 16/06/2026 Ümumi iqtisadi xəbərlər Beş ayda 25.5 milyard manatlıq alış-veriş: pərakəndə ticarət dövriyyəsi 4% artıb 16/06/2026