Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub Təhsil 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Bu barədə DİM-dən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri mayın 20-də elan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər. Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək). İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 19 iyun 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. TaglarMagistraturaqəbul imtahanı Son xəbərlər Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən buğda alışını artırır: 118 milyon dollardan çox valyuta çıxdı 16/06/2026 İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026 Digər xəbərlər Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026 Yerli biznes xəbərləri Azərbaycan xaricdən buğda alışını artırır: 118 milyon dollardan çox valyuta çıxdı 16/06/2026 İnvestisiya Fox striminq bazarındakı mövqeyini gücləndirmək üçün Roku-nu 22 milyard dollara alır 16/06/2026 Ümumi iqtisadi xəbərlər Xaricdən Azərbaycandakı vətəndaşlara pul köçürmələr illik 29% artıb 16/06/2026