“DeepSeek” ilk maliyyələşdirmə raundunda $7,4 milyard cəlb edib İnvestisiya 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Çinin süni intellekt startapı “DeepSeek” ilk maliyyələşdirmə raundu çərçivəsində 7,4 milyard dollardan çox vəsait cəlb edib. Bu barədə vəziyyətlə tanış mənbələrə istinadən “The Information” və “The Wall Street Journal” məlumat yayıb. Mənbələrin sözlərinə görə, şirkətin dəyəri 50 milyard dolları ötüb ki, bu da “DeepSeek”i Çinin ən bahalı süni intellekt startapına çevirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “The Wall Street Journal”ın məlumatına görə, “DeepSeek”in təsisçisi Liang Venfeng maliyyələşdirmə raunduna təxminən 3 milyard dollar yatırıb. Raunddan əvvəl şirkətin təxminən 90%-i ona məxsus idi. Çinin ən böyük texnologiya şirkətlərindən biri olan “Tencent” “DeepSeek”ə təxminən 1,5 milyard dollar investisiya edib. Litium batareyaları istehsalçısı CATL isə startapa 735 milyon dollar yatırıb. Daha əvvəl “Bloomberg” yazmışdı ki, “Tencent” şirkətin 20%-lik payını almağa hazır idi. Mənbələrin bildirdiyinə görə, Liang Venfeng qeyri-adi sövdələşmə strukturu sayəsində şirkət üzərində nəzarəti qoruyub saxlayıb. İnvestorlar vəsaiti birbaşa “DeepSeek”ə deyil, onun idarə etdiyi məhdud məsuliyyətli cəmiyyətə yatırıblar. Razılaşmanın digər şərtlərinə investorların səsvermə hüququnun olmaması və paylarını ən azı beş il saxlamaları tələbi daxildir. İstisna yalnız Çinin dövlətə məxsus “National Artificial Intelligence Investment Fund” (NIIR) üçün edilib. Fond “DeepSeek”ə birbaşa 150 milyon dollar investisiya qoyub, səsvermə hüququnu və payını istənilən vaxt satmaq imkanını qoruyub saxlayıb. Bu maliyyələşdirmə raundu “DeepSeek”in tarixində ilk investisiya cəlbi olub. WSJ-nin məlumatına görə, vəsaitlər tədqiqat və inkişaf işlərinə, həmçinin süni intellekt infrastruktunun genişləndirilməsinə yönəldiləcək. “DeepSeek” 2025-ci ilin yanvarında təqdim etdiyi süni intellekt modeli ilə böyük rezonans doğurmuşdu. Şirkətin iddiasına görə, model imkanlarına görə “OpenAI” və “Anthropic” məhsullarından geri qalmırdı, lakin onun hazırlanması xeyli ucuz başa gəlmişdi. “The Wall Street Journal” qeyd edir ki, “DeepSeek” ətrafında yaranan maraq Çində süni intellekt texnologiyalarının tətbiqini sürətləndirib və yerli startaplara investor marağını artırıb. Şirkət həmçinin Pekinin texnoloji özünütəminetmə strategiyasını dəstəkləyir. Son bir ildə “DeepSeek” Çin çip istehsalçılarına, o cümlədən “Huawei” şirkətinə süni intellekt modelləri üçün daha güclü məhsullar hazırlamaqda kömək edib. TaglarDeepSeek Son xəbərlər Bank xəbərləri PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb 16/06/2026 İnvestisiya Hindistan ilin əvvəlindən $31,62 milyardlıq qızıl idxal edib 16/06/2026 Bank xəbərləri “Kapital Bank” fond bazarında ₼100 milyonluq istiqraz buraxır 16/06/2026 Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026 Digər xəbərlər Bank xəbərləri PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb 16/06/2026 İnvestisiya Hindistan ilin əvvəlindən $31,62 milyardlıq qızıl idxal edib 16/06/2026 Bank xəbərləri “Kapital Bank” fond bazarında ₼100 milyonluq istiqraz buraxır 16/06/2026 Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026