“Kapital Bank” fond bazarında ₼100 milyonluq istiqraz buraxır Bank xəbərləriKapital bazarı 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Kapital Bank” ASC Azərbaycan manatı ilə nominal dəyəri 100 manat olan 1 milyon ədəd istiqraz buraxmağı planlaşdırır. Banker.az bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, ümumilikdə emissiya həcmi 100 milyon manata bərabərdir. İstiqrazlar illik 10 faiz kupon gəliri ilə buraxılır. Faiz ödənişləri hər 30 təqvim günündə bir həyata keçiriləcək, sonuncu ödəniş isə tədavül müddətinin sonunda — bir illik dövriyyə başa çatdıqda — istiqrazın nominal dəyəri ilə birlikdə ödəniləcək. İstiqrazlar təminatsız, sənədsiz və adlı formada buraxılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İlkin yerləşdirmə Bakı Fond Birjasının ticarət platforması vasitəsilə həyata keçiriləcək. Qeyd edilib ki, həm fiziki, həm də hüquqi şəxslər istiqraz ala bilər. Fiziki şəxslər üçün ilkin bazarda alış xərclərinin bir hissəsinin emitent tərəfindən ödənilməsi nəzərdə tutulur — bu barədə ətraflı məlumat hər bir buraxılış üzrə Yekun Şərtlərdə açıqlanacaq. Bankın açıqlamasına görə, emissiyadan daxil olacaq vəsait kapital bazarının diversifikasiyasına, strateji hədəflərin maliyyələşdirilməsinə, o cümlədən rəqəmsal bankçılığın inkişafına, regional kredit portfelinin genişləndirilməsinə və bazar payının artırılmasına yönəldiləcək. 2025-ci ilin maliyyə hesabatlarına görə, Kapital Bankın ümumi aktivləri 11,57 milyard manat, il üzrə xalis mənfəəti isə 274,5 milyon manat təşkil edib. Bankın ani likvidlik əmsalı tənzimləyici tərəfindən müəyyən edilmiş 30 faizlik minimuma qarşı 49,15 faiz, likvidliyin örtülmə əmsalı isə tələb olunan 100 faizə qarşı 137,87 faiz səviyyəsindədir. Bankın maliyyə hesabatları “big four”-a daxil olan “Ernst & Young” tərəfindən audit edilib. Anderrayter kimi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edəcək. Xatırladaq ki, Azərbaycan Vergi Məcəlləsinə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar üzrə fiziki şəxslərin faiz gəlirləri gəlir vergisindən azad edilib. Son xəbərlər İnvestisiya “DeepSeek” ilk maliyyələşdirmə raundunda $7,4 milyard cəlb edib 16/06/2026 Bank xəbərləri PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb 16/06/2026 İnvestisiya Hindistan ilin əvvəlindən $31,62 milyardlıq qızıl idxal edib 16/06/2026 Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026 Digər xəbərlər İnvestisiya “DeepSeek” ilk maliyyələşdirmə raundunda $7,4 milyard cəlb edib 16/06/2026 Bank xəbərləri PAŞA Bank IPO-su üzrə abunə yazılışı 20 mindən artıq sifarişlə başa çatıb 16/06/2026 İnvestisiya Hindistan ilin əvvəlindən $31,62 milyardlıq qızıl idxal edib 16/06/2026 Biznes Dünyanın 500 ən varlı adamının sərvəti bir gündə rekord $336 milyard artıb 16/06/2026